İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini açıqladı

Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov iyulun 6-da Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutmalı olan konsertin təxirə salınmasının səbəbini izah edib.

Ağalarov iş qrafikində dəyişiklik edildiyi üçün konsertin 5 iyul 2026-cı il tarixinə təxirə salındığını bildirib.

"Bu məkan regionda ən populyardır, ona görə də konsert üçün yaxın tarixləri razılaşdırmaq mümkün olmadı. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik", - deyə müğənni vurğulayıb.

Bildirilir ki, köhnə biletlər etibarlı olacaq./Ölkə.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR