İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev gündəlik rutinini çəkib paylaşdı: Harada qalıram, nə yeyib, nə içirəm... - VİDEO

İmişlidə seçki təbliğatında olan deputat Razi Nurullayev sosial şəbəkə hesabında maraqlı video paylaşıb. 

Musavat.com xəbər verir ki, o İmişlidə günlük etdikləri vərdişlərindən və həyat tərzindən bəhs edib, elə kamera qarşısında da çəkərək göstərib. Sağlıqlı yaşamağa üstünlük verən deputat hər gün alma sirkəsi içdiyini, rezin kəmərlə idman etdiyini deyib və vizual olaraq göstərib. Daha sonra o qəbul etdiyi qarışıqları nümayiş etdirib. 

Razi Nurullayev gündəlik yediyi çia toxumu ilə hazırlanmış qarışıq, bal və bitkilərdən hazırlanmış məcun, təbii bal bankalarını izləyicilərinə göstərib. 

Qeyd edək ki, Razi Nurullayev Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatıdır və qarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürüb. 

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR