İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonların ictimai nəqliyyat DƏRDİ – Köhnə avtobuslar nə vaxt YENİLƏNƏCƏK?

Bakı şəhərində xidmət göstərən marşrut-avtobuslar ildən-ilə yenilənsə də, rayonlarda hələ də nasaz və köhnə avtobuslardan ictimai nəqliyyat kimi istifadə olunur. Xəttə buraxılmış köhnə, istismara yararsız həmin avtobuslar insanların həyatı üçün də təhlükəlidir. Avtobusların yenilənməməsi barəsində vətəndaş narazılıqları var.

Bəs rayonlarda ictimai nəqliyyat nə vaxt yenilənəcək?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, regionlarda avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılı:

“İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən, köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur.

Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”.

AYNA rəsmisi təkrar qeyd edib ki, Gəncədə sərnişindaşıyan 18 yeni avtobus gətirilib:

“58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro-6 standartlarına cavab verir. Avtobusların yenilənməsi mərhələli şəkildə davam etdiriləcək”./ Bizim.Media

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR