İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonlara avtobus reysləri bərpa edilib? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarası və rayonlararası marşrutlar istiqamətində monitorinq aparılıb:

"Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir. Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıb".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR