İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rauf Əliyev və Əfran İsmayılovla halallaşıb ayrıldıq”

"Kəpəz" klubunun İdarə Heyətinin sədri İlqar Nadiri millimizin sabiq üzvləri Əfran İsmayılov və Rauf Əliyevin komandadan qalmaqallı şəkildə ayrılmasına münasibət bildirib.

O, Qol.az-a geniş müsahibəsində karyeralarını başa vuran hər iki oyunçu ilə ortaq məxrəcə gələ bildiklərini deyib:

“Raufla Əfran millimizin şərəfini qoruyublar, böyük futbol oynayıblar, uğurlu karyeraları olub. İstəməzdik ki, hansısa narazılıq olsun. Onlarla hallaşdıq və xoş şəkildə ayrıldıq. Ümid edirəm ki, futbolçu olaraq uğurlu olduqları kimi bundan sonrakı futbol fəaliyyətləri də yaxşı olar. Onlarla görüşdüm. Komandadakı və ümumiyyətlə futboldakı fəaliyyətlərinə görə şəxsən təşəkkür etdim. Mənim fikrimi, komandanın mövqeyini başa düşdüklərinə görə də təşəkkür etdim. Sağ olsunlar ki, onlar da məni başa düşdülər və fikirlərindən döndülər, komandadan ayrılmağa qərar verdilər”.

Xatırladaq ki, Tərlan Əhmədov “Kəpəz”ə baş məşqçi təyin olunduqdan sonra Raufla Əfranı əvəzedici heyətə göndərib. Mövsümün sonuna qədər Gəncə təmsilçisi ilə müqaviləsi olan futbolçular isə ötən ay komandadan ayrılaraq karyeralarını başa vurublar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR