İnsanlara hürriyət, millətlərə istiqlal!

Rauf Arifoğlu: “Azərbaycan türkləri narahatdır ki, Ərdoğandan sonra...” - VİDEO

“Hazırda Ərdoğanın timsalında kampaniya aparanlar bir zamanlar Türkiyənin yanında görünürdü”.

Bu sözləri TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində R.Arifoğlu bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın yardımı ilə bağlı Azərbaycan-Türkiyə qardaşlığının zəlzələ sınağından çıxması, dağılmaq əvəzinə, daha da güclənməsini gördük: “Bu baxımdan bəzi səslərdən və tendensiyalardan narahatıq. Bizi izləyən türkiyəli tamaşaçılar səmimi şəkildə azərbaycanlıların baxışını görsünlər. Sevimli qardaş və bacılarımız, biz sevgi obyektimiz olan Türkiyədən son 30 ildə ilk dəfə Ərdoğanın timsalında gerçək qardaşlıq gördük. Türk xalqı hər zaman yanımızda olub. Amma Türkiyə iqtidarları heç zaman yanımızda olmayıb. Bu tarixi bilirəm. 92-93-cü ildə döyüşməyə gələn könüllülər gizlənərək, Türkiyə hökumətindən yayınaraq, qaçaq gəlmişdilər”.

R.Arifoğlu bildirib ki, hazırda ölkədəki təlaşlı durumun səbəbi də budur: “Azərbaycan türkləri narahatdır ki, Ərdoğandan sonra bu zehniyyət, bu fikir dəyişər. Azərbaycanın ən kritik anında Türkiyə gedib başqa bloka qoşular. Necə ki, Dəmirəlin vaxtında ermənilərə taxıl vermişdilər, bu narahatlıq var”.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR