İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasul Çunayev karyerasını bitirir? - Özü AÇIQLADI

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyası qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə 2021-ci noyabrından ''Qəhrəman varisləri'' adlı layihə həyata keçirir. Layihənin iştirakçılarından biri də yunan-Roma güləşçisi Rasul Çunayevdir.

Çunayev Musavat.com-a açıqlamasında bildirib ki, layihəyə cəlb olunanlar "Sərhədçi" İdman Olimpiya Mərkəzində idmanla məşğul olurlar:

"Şəhid və qazi ailələrinin idmana cəlbində iştirak etmişəm. Üzərimə düşən diqqət, qayğı və nəzarəti yüksək səviyyədə yerinə yetirmişəm. Layihəyə cəlb olunanlar həmişə nəzarətimdədirlər. Bu yaxınlarda "Rəsul Çunayev" idman məktəbi adı altında güləş zalı istifadəyə vermişəm. Orada 4 məşqçi fəaliyyət göstərir. Bizim şəhid və qazi ailələrinə diqqətimiz əlbəttə ki, xüsusidir. Onların idmana cəlbində təbliğatlar davam etdirilir. Biz onları dəvət edirik, onlara xüsusi qayğı göstəririk".

"Karyeranızı nə vaxta qədər davam etdirmək istəyirsiniz" sualına isə Rasul Çunayev belə cavab verib:

"Güləş karyeramı nə zaman bitirəcəyimlə bağlı hələ ki, qərar verməmişəm. Bəzi zədələrim var, onları bərpa edirəm. Əgər həmin zədələri bərpa edə bilsəm, karyeramı əlbəttə ki, davam etdirəcəm. Mən bir idmançı olaraq bu idmanı daha gözəl bilirəm, Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edirəm və edəcəm. Əsasən də yeniyetmə, gənc idmançılarla, onların idmana həvəsinin artırılması ilə bağlı layihələr nəzərdə tutmuşam. Onların üzərində işləyirəm. Gələcək planlarım Azərbaycan idmanının inkişafı ilə bağlıdır".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR