İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov: “Mahnı oxuyuramsa, demək, yaşayıram”

Çeçenistan rəhbəri Ramzan Kadırov “VKontakte” səhifəsində canlı yayım zamanı səhhətində yarana biləcək problemlər barədə şayiələrə münasibət bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, orqanizminin gənc oğlan vücuduna bənzədiyini deyən həkimlərə istinad edib.

“Mən mahnı oxuyuramsa, demək, yaşayıram. Həmd olsun Allaha, səhhətim yaxşıdır, üç aydan bir, altı aydan bir əsaslı təmirə gedirəm. Həkimlər orqanizmimin cavan oğlanın bədəninə bənzədiyini deyirlər”, - Kadırov bildirib.

Ona nəsə olduğunu deyənlərin “gözlədiklərinin olmayacağı”nı vurğulayan Kadırov deyib ki, bu söhbətlər onun arıqladığı və ya çəki itirdiyi vaxtlarda ortaya çıxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR