İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramştayn formatında 11-ci görüş aprelin 21-də keçiriləcək

Ukrayna Müdafiə Kontakt Qrupunun Ramştayn formatında 11-ci görüşü aprelin 21-də keçiriləcək.

APA “Ukrainska Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri məlumat yayıb:

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin 21 aprel 2023-cü il tarixində Almaniyanın Ramştayn Hərbi Hava Qüvvələri bazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun görüşünə rəhbərlik etməyi planlaşdırır”.

Qeyd edilib ki, iclasda müdafiə nazirləri və digər yüksək rütbəli müdafiə rəsmiləri Ukraynada davam edən böhranı, ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi müxtəlif təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR