Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.
Musavat.com xəbər verir ki, Ramiz Mehdiyev Rusiyaya xain məktubunda dövlət idarəetmə sistemində ciddi böhran yaşandığını və bunun radikal islahatlar tələb etdiyini bildirib:
Xəyanətkar Mehdiyev yazıb ki, mövcud idarəetmə sisteminin səmərəsizliyi bir tərəfdən hazırkı hakimiyyətin xarakteri, davranışları və baxışları ilə bağlıdırsa, digər tərəfdən, bu struktur özü avtoritarizm ruhu ilə sıradan çıxmış və iflic vəziyyətinə düşmüşdür:
"Bu idarəetmə sisteminin əsas cizgilərini yalnız referendum vasitəsilə dəyişdirmək mümkündür.
Yeni idarəetmə modelinin və prinsiplərinin hazırlanması zamanı ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyası, dövlətə dair ənənəvi gözləntiləri nəzərə alınmalı, ölkənin sosial-iqtisadi həyatında durğunluğun real səbəbləri müəyyən edilərək aradan qaldırılmalıdır”.
Məktubdan görünür ki, Ramiz Mehdiyev açıq-aşkar Azərbaycan dövlətinin arxasınca iş çevirib, yalan-uydurma məlumatlarla Rusiyadan özünə dəstək istəyib, hakimiyyəti ələ keçirəcəyini düşünüb...
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ