Onlayn ictimai-siyasi qəzet
“Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası iyul ayının 29-da açıq hərraca çıxarılıb.
Musavat.com yeniavaz.com-a istinadla xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina hərraca çıxarlısa da, satılmayıb.
Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manatdır. 27 avqust tarixində keçirilməsi nəzərdə tutulan təkarar hərracda binanın start qiyməti dəyişməz qalacaq.
“Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Məktəbin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun xanımı Mehriban Məmmədovadır.
Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin xanımıdır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ