İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyevin gömrükdəki general qohumu istefa verib - FOTO

Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevin tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.

Musavat.com modern.az-a istinadən xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərildiyi bildirilir.

Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.

O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR