Onlayn ictimai-siyasi qəzet
”Vaxtı ilə hakimiyyətdə olub, sonra bu dövlətə xəyanət edənlərin adlarını açıqlamışdım. Elə ötən gün onların adları açıqlandı. Lakin Rusiyaya işləyən agentura şəbəkəsi tək onlar deyil, sayları çoxdur”.
Bunu Musavat.com-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, Rusiyaya, İrana işləyən xəyanətkarların hamısı məhv edilməlidir:
“Nəcməddin Sadıkovu da bu siyahıya əlavə etmək lazımdır. O indi də zərərli işlərlə məşğuldur. Ramiz Mehdiyevin bağı xəyanət yuvası olub. Müəyyən adamlar oraya toplaşıb xüsusi iclaslar keçirirlər. Ad günü qeyd etmək adı altında dəniz qırağında restoranda yığışıb təxribatlarla məşğuldurlar. Buna görə də çox ciddi işlər görməli, hər an onları və övladlarını nəzarətdə saxlamaq lazımdır. Övladları xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər. Çox ayıq olmalıyıq.
Ramiz Mehdiyevin, Eldar Mahmudovun, Nəcməddin Sadıkovun, Elmar Məmmədyarovun azadlıqda qalması təhlükəlidir. Onların ətrafında böyük güclər, əllərində isə kapitallar var. Ramiz Mehdiyev vəzifədən ayrılanda Gürcüstanda Rusiya prezidentinin köməkçisi Nikolay Patruşevə demişdi ki, bundan sonra tapşırıqlarınızı filankəslərə verin.
Belə məsələlərdə bütün varlığımızla cənab Prezidentin yanında olmalıyıq. İdeoloji baxımdan xalq arasında güclü təbliğat aparmalıyıq. Bakıda “Rus evi”nin fəaliyyətinin dayandırması ilə bağlı Azərbaycan xarici İşlər Nazirliyinin tələb qoyması ən düzgün addımdır”.
Şahanə Rəhimli
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ