İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Usubov Şoyqu ilə bu məsələləri MÜZAKİRƏ ETDİ

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.

Bu barədə TASS məlumat yayıb.

“Məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub”, - Şoyqu Bakıda keçirilən görüşləri şərh edərkən jurnalistlərə bildirib.

O, həmçinin əlavə edib ki, işgüzar səfər çərçivəsində nəqliyyat layihələri, xüsusilə, “Şimal-Cənub” dəhlizi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR