İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

"İki oyun arasında elə bir fərq görmədim. Sadəcə, "Olimpiakos" Bakıda müdafiədən və daha sıx oynadı, bizə boş zonalar vermədi. Matçın sonlarında isə vaxtı uzadırdılar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

26 yaşlı hücumçu rəqibdən belə oyun gözləmədiklərini bildirib: "Düşünürdük ki, hücum edib, qol vurmağa çalışacaqlar. Hətta cinah müdafiəçiləri belə, hücumlara qoşulmurdular. Tam qapanmışdılar".

Şeydayevin sözlərinə görə, qol imkanları olsa da, bəxtləri gətirməyib: "Amma 1 xal da bizim üçün yaxşı nəticədir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR