Onlayn ictimai-siyasi qəzet
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşqu ilə qarşılanır. Müqəddəs ayda insanlarımız oruc tutur, ibadət və dualar edir və mənəvi ayın feyzindən istifadə etməyə çalışırlar.
Ramazan ayında oruc tutumağın mənəvi faydalarından biri budur ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Bu ayda edilən tövbələr qəbul olur, dualar yerinə yetir, xeyir əməllər üçün ikiqat savab yazılır.
Eyni zamanda Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsak və iftar zamanı qəbul edilən qidalardan insan orqanizmi qüvvətlənir. Bu qidalardan alınan enerji tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur.
BAKU.WS-in məlumatına görə, sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.
Müqəddəs Ramazan ayında oruc tutmaqla bağlı ən çox yaranan sualları və onlara cavabları təqdim edirik:
Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?
Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:
Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:
Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə).
Siqaret çəkmək orucu batil edərmi?
Orucu pozan əməllər sırasında qatı toz və tüstü udmaq var. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.
Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?
Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.
Diş çəkdirməyin oruc tutmağa maneəsi varmı?
Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır. Lakin orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzuolunmazdır.
Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?
Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.
Oruc olan şəxs çimərsə, orucu düzdürmü?
Çimmək orucu batil etməz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.
Lakin çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzuolunmaz əməl sayılır.
Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub xörəyin dadına baxsa, orucu batil olarmı?
Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ