İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafiq Hüseynov karyerasını bitirəcəyi vaxtı açıqlayıb - VİDEO

Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

"İdman Bizdə"nin qonağı olan 35 yaşlı idmançı tezliklə çıxışını başa vuracağını deyib.

Onun sözlərinə görə, artıq öz həyatını yaşamaq isatəyir: "Olimpiya Oyunlarının son yarış olmasını istəyirəm. Öncə fikirləşirsən ki, artıq bəsdir, bu, son yarışdır. Amma qalib gəldikdə, bir az çətin olur. Əgər medal qazansam, yəqin ki, son yarış olar. Artıq, bir növ, insan gərək öz həyatını da yaşasın. Çünki kifayət qədər ömrümü güləşə vermişəm. Artıq 29-cu il gedir".

Rafiq bildirib ki, yunan-Roma növü üzrə Azərbaycan millisinin Parisdə uğurlu çıxışına inanır: "Olimpiya Oyunları bir qədər digər yarışlardan fərqlənir. 4 ildən bir olduğu üçün həyəcanı daha çoxdur və daha məsuliyyətlidir. Fikirləşirəm ki, bizim komandadan hər kəs məsuliyətin nə dərəcədə olduğunu biləcək və hər birimiz yaxşı hazırlaşıb az streslə yarışa gedəcəyik. Düşünürəm ki, yaxşı olacaq. Əlimizdən gələni edirik. Geridə qalan qismətimizdir".

Qeyd edək ki, ikiqat dünya, üçqat Avropa çempionu olan Rafiq Hüseynov Tokioda keçirilən son Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR