İnsanlara hürriyət, millətlərə istiqlal!

Raffi Ovannisyan: "Biz Qarabağın blokadasının əvvəlki vəziyyətinə yaxınlaşmışıq"

“Biz Qarabağın blokadasının əvvəlki vəziyyətinə yaxınlaşmışıq”.

Konkret.az xəbər verir ki, bu barədə “İrs” Partiyasının rəhbəri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyan açıqlama verib.

“Biz Qarabağın əvvəlki blokadasına bir addım da yaxınlaşmışıq. Qalib ali baş komandanın hakimiyyəti altında vətənin hissə-hissə qəsdlə təhvil veriləcəyi, dövlətin öz suverenliyindən əl çəkəcəyi, ölkəmizin gənc nəslinin yeni qurbanlar verəcəyi göz qabağında idi.

Ermənistan həyat yolu – Qarabağ, o cümlədən Laçın, çayları və Zabux kəndi bizim ümumerməni səylərimiz və razılığımızla tarixə çevrildi.

Ya o, ya da Vətən.

Kreslolara, pula və digər bu kimi amillərə aldanaraq onun ailəsi və partiya üzvləri Vətənə qarşı yol tutublar. Dövlət orqanları öz konstitusion vəzifələrinə etinasız yanaşaraq respublikanın konstitusiya quruluşunu və vətəndaşların hüquqlarını deyil, mövcud hakimiyyətin təhlükəsizliyini qoruyurlar.

Nəzərdən keçirməyə və tövbə etməyə çox az vaxt qalıb. Bu tövbə yolu keçmiş hakimiyyət orqanlarına da eyni dərəcədə aiddir.

Daxili məyusluq, laqeydlik, qəzəb, qorxu vəziyyətindən birlikdə çıxmalıyıq. Biz yaradıcı erməni mərkəzləri ilə həll yolları axtarmalıyıq. Vətəni satandan başqa heç kimi rədd etməməli, Vətəni seçməliyik. Onun suverenliyi, bütövlüyü, ləyaqəti müzakirə olunmur.

Dayan, Ermənistan!”, – deyə Ovannisyan bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR