İnsanlara hürriyət, millətlərə istiqlal!

Rafael Fiziyev: “Geycinin ürəyini yemək istəyirəm”

“Rəqibimin qanının qoxusunu hiss etmək və onun ürəyini yemək istəyirəm”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş haqqında ESPN nəşrinə müsahibəsində deyib.

30 yaşlı idmançı döyüşü səbirsizliklə gözlədiyini bildirib:

“Instagram”da çoxlu hekayə paylaşıb, Castini kədərləndirirəm. Xoşbəxt və həyəcanlıyam. Şadam ki, belə bir rəqiblə oktaqona çıxacağam. Mən çətinlikləri sevirəm”.

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda “UFC-286” turnirində keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR