İnsanlara hürriyət, millətlərə istiqlal!

Qvardiola: "Liverpul"a Kloppdan daha çox inanıram"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Liverpul"un hazırkı durumu barədə danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis "mersisaydlılar"a komandanın baş məşqçisi Yurgen Kloppdan daha çox inandığını deyib:

“Mənə elə gəlir ki, mən "Liverpul"a onun baş məşqçisindən daha çox inanıram. Dünya Kuboku, bir sıra matçlar, o cümlədən Avropa yarışları, kubok turnirləri, zədələr.... Amma Premyer Liqada cəmi 10 tur keçib. Sona 6-7 oyun qalsa, bəli, "Liverpul" titul yarışından kənarda olardı. Ancaq cəmi 10 tur keçib. Hələ də gözləmədiyimiz bir milyard şey baş verə bilər".

Təxminən 2 həftə əvvəl Klopp "Liverpul"un artıq Premyer Liqa çempionluğu yarışında iştirak etmədiyini açıqlamışdı.

Qeyd edək ki, 10 matçdan sonra "Liverpul" Premyer Liqada 16 xalla 7-cidir. 2-ci yerdə qərarlaşan "Mançester Siti"nin 23 xalı var. Sıralamaya 27 xalla "Arsenal" liderlik edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR