İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreş: Yaxın Şərqdə iki dövlət əsasında həll variantından imtina münaqişəni uzadacaq

Bir sıra ölkələrin Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin zəruriliyini tanımaq istəməməsi onu qeyri-müəyyən müddətə uzadacaq.

Bunu BMT-nin Baş katibi Antoniu Quterreş Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı deyib.

"İsrail və Fələstin üçün iki dövlətli həll variantını tanımamaq qəbuledilməzdir. Bu, qlobal sülhə əsas təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq. Həm də qütbləşməni dərinləşdirəcək”, - Baş katib bildirib.

A.Quterreş əmindir ki, fələstinlilərin öz dövlətlərini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR