İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreş BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmağı təklif edib

BMT-nin baş katibi Antonio Quterreş Rusiya hakimiyyətinə Ukraynada humanitar dəhlizlərin təmin edilməsi üçün BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmağı təklif edib.

"Report" xəbər verir ki, o, bu təklifi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunu üzrə keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, BMT öz qüvvələrini zərər çəkmiş Mariupol sakinlərinə kömək etmək üçün səfərbər etməyə, eləcə də hər kəsin şəhərdən çıxarılmasına dəstək verməyə hazırdır.

A.Quterreş Mariupolda “böhran içində böhran” baş verdiyi də qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR