İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlər nə vaxt açılacaq? - Baş nazirdən cavab

Hökumətin iştirakı ilə Milli Məclisdə keçirilən müzakirələrdə Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı çağırışlar da səsləndi.

Deputatlar vətəndaşlarımızın ölkəyə daxil ola bilməməsindən narahatlığını ifadə edərək, hökuməti tədbirlər görməyə çağırdılar.

Baş nazir Əli Əsədov isə Milli Məclisdəki çıxışında quru sərhədlərinin nə zaman açılacağı ilə sualın cavabında dedi ki, pandemiya dövründə quru sərhədlərinin bağlanmasına qərar verilib.

Hazırda pandemiya göstəriciləri azalda da, tamamilə aradan qalxmayıb: “Hava nəqliyyatı ilə məhdudiyyətsiz gediş-gəliş var. Ayın 21-dən etibarən Rusiya da hava nəqliyyatı ilə gediş-gəlişi bərpa edəcək. Dağıstandakı soydaşlarımızın məsələsi ilə bağlı fikir səsləndirildi. Bu məsələ diqqətimizdədir, amma qəti qərarla bağlı bir söz deyə bilməyəcəyəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR