Onlayn ictimai-siyasi qəzet
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
“Bəxt üzüyü” filmində “Seda” obrazı ilə tanınan Firəngiz Rəhimbəyovaya həsr olunan verilişdə həmkarları onunla bağlı xatirələrini bölüşüblər.
Xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, Firəngiz Rəhimbəyova öz potensialından kifayət qədər istifadə edə bilməyib:
“Firəngizin səs tembri çox yaxşı idi. Onu keyfiyyətsiz mahnılarla yoldan çıxaran bəstəkarlar var idi. Firəngiz də çalışırdı ki, həmin əsərlərə müasirlik gətirsin”.
İlk ailə həyatı uğurlu olmayan müğənni 1993-cü ildə ABŞ-yə səfər edir və daha sonra birdəfəlik oraya köçmək qərarına gəlir. 1999-cu ildə amerikalı memarla ailə həyatı quran Firəngiz Los-Anceles şəhərində yaşamağa qərar verir. O, burada rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olurdu.
Əməkdar artist Gülşad Baxşıyeva həmkarının ABŞ-yə gedəcəyini öyrənəndə yaşadığı hisslərdən danışıb:
“ABŞ-yə gedəcəyini deyəndə elə bildim ki, nəyisə itirdim. O, Azərbaycanda qalmaq və ABŞ-yə getmək barədə seçim qarşısında idi. Dayısının dəvəti ilə oraya getdi”.
2017-ci ildə Firəngiz Bakıya “Bəxt üzüyü 2” filmində yenidən “Seda” roluna çəkilmək üçün dəvət alır.
Müğənni 16 avqust 2022-ci ildə ABŞ-də ürək tutmasından dünyasını dəyişir. O, ölümündən 22 gün sonra dəfn olunur.
Ətraflı süjetdə:
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ