İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurbanovla bağlı inanılmaz sözlər: Gecə klublarında...

İlk yayın vaxtı 02:24

Qurban Qurbanov elə fikirləşirdi ki, mən çox kökəm.

Musavat.com İdman.biz-ə istinadla xəbər verir ki, bunu “Ayaks”ın yetirməsi və “Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon deyib.

Artıq karyerasını başa vuran 37 yaşlı futbol veteranı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə danışıb:

“O elə fikirləşirdi ki, mən çox kökəm. Mən 83 kq idim. Çəkimi 79 kq salmalı oldum. Əgər buna riayət etməsəydim, cərimə ödəyəcəkdim. Bunu bacardım. Artıq o vaxt məndə belə hiss yarandı ki, bizim münasibətlər alınmayacaq. Mən müqavilə imzalamazdan əvvəl baş məşqçi ilə danışmaq istəyərdim. O, çox ciddi və nüfuzludur. Baş məşqçinin istəyi qanun idi. O, futbolçuların arasında deyil, onlardan çox yüksəkdə idi. Baş məşqçi hər şeyə əhəmiyyət verir, polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi – 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim”.

Qeyd edək ki, Pupon “Qarabağ”da çıxış etdiyi müddət ərzində 15 oyunda bir qol vurmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR