İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov futbolçuları belə təbrik etdi - VİDEO

“Biz zəif oynaya bilərik, inamlı olmaya bilərik, lakin biz meydandan döyüşsüz çıxa bilmərik”.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Macarıstanda “Ferentsvaroş” klubunu məğlub etməsindən sonra geyinib-soyunma otağında futbolçularla söhbəti zamanı deyib.

Oyundan sonra qələbə çıxışı edən Qurbanov bunları söyləyib:

“Biz udmağı da, onu qeyd etməyi də bacarmalıyıq. Meydanda sadə, ürəkli və cəsarətli olmalıyıq. Belə də olmalıdır, çünki bu, “Qarabağ”dır. Çünki biz bütün ölkəni “Qarabağ”la təmsil edirik”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR