İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən şok açıqlama: 7-8 milyard...

Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olundu. Layihə İnformasiya Texnologiyaları (İKT) sahəsində çalışanlara vergi güzəştlərinin tətbiqini nəzərdə tuturdu.

Deputat Qüdrət Həsənquliyev söz alaraq bildirdi ki, kütləvi şəkildə vergi güzəştlərinin tətbiqinin əleyhinədir: “Həmkarım Razi Nurullayev çox emosional vəziyyətdə qeyd elədi ki, bu layihəni çox sevinclə qarşılayır. Amma bu layihə sosial ədaləti pozur”.

Deputat dedi ki, qanun layihəsindən belə çıxır küçəni süpürən və 500 manat maaş alan insan vergi ödəyəcək, amma informasiya texnologiyası mütəxəssisi 8 min manata qədər maaş alacaq, gəlir vergisini isə ödəməyəcək: “Bunun maaşını qaldırmağa ehtiyac var. 8 min almasın, 10, 15, 20 min manat alsın. Dünyanın hər yerində çox qazanan daha çox vergi ödəyir. Bizdə isə sanki bunun əksi baş verir. Biz bu layihəni geri qaytarmalıyıq. Mən büdcə müzakirələrində də dedim. Bu məsələnin üzərində ciddi düşünmək laızmdır. Azərbaycanda faktiki surətdə son zamanlar o qədər vergilərdən və rüsumlardan azadetmələr nəzərdə tutulub ki, büdcəyə çatmalı olan təqribən 7-8 milyard manatı biz ayrı-ayrı fiziki və hüquqi şəxsləri vergi və gömrük rüsumlarından azad etməklə itiririk. Bu tendensiya da davam edir. O zaman büdcəyə kim pul verməlidir? Dediyim kimi, 300, 400, 500 manat maaş alanlar? Bu baxımdan, mən hesab edirəm ki, yanaşma düzgün deyil, sosial ədaləti pozur, konstitusiya ilə ziddiyyət təşkil edir. Bizdə konstitusiyaya görə qanunlar bərabər mənafelərə bərabər münasibət ifadə eləməlidir.. Deputat dedi ki, sadaladığı arqumentlərə əsasən, bu layihənin əleyhinədir: “Həmkarlarımı da çağırıram ki, əleyhinə olsunlar. Hesab edirəm ki, ikinci oxunuşa qədər müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələ təkrar müzakirə olunmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR