Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatları - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev və Nizami Səfərov Rusiyaya səfərə gediblər.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Məlumata görə, millət vəkilləri “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların rolu” mövzusunda keçiriləcək IV beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər ediblər.
Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələrin dinlənilməsi və Rusiya Dövlət Dumasında təmsil olunan fraksiyaların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfər dekabrın 15-də başa çatacaq.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ