Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Nant"ın (Fransa) baş məşqçisi Antuan Kombuare turnirin püşkü barədə fikirlərini bölüşüb.
Qol.az actu.fr-a istinadən xəbər verir ki, mətbuat konfransı keçirən mütəxəssis yarışda sonadək mübarizə aparmaq niyyətində olduqlarını deyib:
"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur. Çətin qrupda yer almışıq. Çünki biz kiçik barmağıq və avrokuboku yenidən kəşf edəcəyik. Bəzi futbolçular "Roma", "Mançester Yunayted", "Arsenal" kimi nəhəng komandalara qarşı oynamaq istəyirdi. Bu turnirdə sonadək mübarizə aparmaq və Fransa futbolunu layiqincə təmsil etmək niyyətindəyik".
Qeyd edək ki, "Qarabağ"ın G qrupundakı digər rəqibləri "Frayburq" (Almaniya) və "Olimpiakos"dur (Yunanıstan).
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ