İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan Tavuşdakı etirazçılarla İrəvanda görüşəcək

İrəvan-Tiflis magistralını bağlayaraq baş nazirin müavini, delimitasiya məsələləri ilə bağlı yaradılmış komissiyanın rəhbəri Mher Qriqoryanla görüş tələb edən Tavuş vilayətinin sakinlərinin aksiyasına hökumətdən reaksiya verilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Qriqoryan Tavuş sakinləri ilə görüşməkdən imtina etməyib. Baş nazirin müavini Ani Babayan yerli mətbuata bu barədə deyib.

“İlkin olaraq hökumət binasında görüşmək barədə razılıq əldə olunub”, hökumət rəsmisi qeyd edib.

Məlumata görə, Tavuş vilayətinin nümayəndələri özləri İrəvana gələcəklər. Ancaq o da bildirilib ki, hazırda baş nazirin müavininin aparatı iclasın vaxtı və konkret kimin iştirak edəcəyi ilə bağlı dəqiqləşdirmə aparılır. Bundan əvvəl isə görüşün saat 18:00-da baş tutacağı və Tavuşun dörd sərhəd kəndinin rəhbərlərinin iştirak edəcəyi bildirilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR