İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur" - Həkim

“Deyirlər ki, qripsənsə antibiotik qəbul et, “o dəqiqə” sağaldır. Xeyr, bu yanlış yanaşmadır”.
AzVision.az xəbər verir ki, bunu həkim-terapevt Rəhilə Əliyeva deyib.

O bildirib ki, qrip və digər virus infeksiyalarının müalicəsində antibiotik tərkibli dərmanlar təyin edilə bilməz: “Yalnız virus xəstəliklərin gedişinə bakterial infeksiya qoşulduğu zaman antibiotik tərkibli vasitələrdən istifadə etmək olar”.

Həkim-terapevt qeyd edib ki, qripin müalicəsində antibiotiklərin heç bir rolu yoxdur: “Qrip və virus zamanı vitaminlərdən istifadə edərək immun sistemini gücləndirmək daha məqsədə uyğun sayılır. Yəni, müəyyən miqdarda vitaminlər qəbul edərək immun sisteminizi gücləndirə və xəstəliklərdən uzaq ola bilərsiniz”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR