Onlayn ictimai-siyasi qəzet
Qış aylarının gəlməsi ilə qrip hallarının artması müşahidə olunur.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı açıqlanmayan həkim qripdən 1 günə qurtulmağın yolundan danışıb.
O bildirib ki, simptomları hiss edən kimi 5 qram C vitaminini suya qarışdırıb içmək lazımdır:
“45 dəqiqə və ya 1 saatdan sonra eyni halı təkrarlamalısınız. Yəni hər saat bunu etməlisiniz. İshal olduqda dayandırın. Bu o deməkdir ki, siz kifayət qədər C vitamini qəbul etmisiniz. Ertəsi gün sağlam şəkildə ayağa qalxacaqsınız”.
Sosial media istifadəçiləri isə həkimin tövsiyəsini birmənalı qarşılamayıb. Onların əksəriyyəti bu üsulun riskli olduğunu bildirib.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ