Onlayn ictimai-siyasi qəzet
Qorxunun böyük gözlərinin olması ilə bağlı məşhur deyim var. İnsan yeni bir işə başlamaqdan qorxsa, bu hiss onu daha çox bürüyəcək. Amma elm baxımından qorxu həqiqətən gözləri böyüdür.
Tübingen Universitetinin əməkdaşları bu mövzu ilə maraqlanıblar.
Tədqiqat zamanı alimlər siçanlar üzərində təcrübə aparıblar. Onlar gəmiriciləri qorxutmayıb, sadəcə olaraq, onlara beynin görmə qabığındakı neyronların fəaliyyətini qeyd edən rəngli şəkillər göstəriblər. Alimlər uzunmüddətli müşahidələr zamanı belə qənaətə gəliblər ki, ehtiyatlılıq və ya qorxu gəmiricinin göz bəbəyinin genişlənməsinə səbəb olur.
Eyni zamanda, neyronların həssaslığı bir neçə saniyə ərzində dəyişib. Əldə edilən məlumatları təhlil edən elm adamları genişlənmiş bəbəyin işığı daha yaxşı ötürdüyü qənaətinə gəliblər.
Başqa sözlə desək, gözlər qorxudan böyüyür. Bu xüsusiyyət təhlükəni daha yaxşı görməyə imkan verir.//Lent.az
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ