İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşusu tərəfindən öldürülən ana və qızı ilə bağlı FAKTLAR ÜZƏ ÇIXDI - FOTO/VİDEO

Türkiyədə qonşuları tərəfindən öldürülən ana ilə qızı barədə bəzi faktlar ortaya çıxıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Manisanın Salihli bölgəsində yaşadıqları binanın liftində ölü tapılan 48 yaşlı Güler və 18 yaşlı qızı Doga Etiemezin qatili olan qonşusu Atalay Yüksel tutularaq həbs edilib.

Anasını və qızını vəhşicəsinə öldürən Yüksel ifadəsində Devrim Güler ilə səmimi bir münasibət qurmaq istədiyini lakin Gülerin qızı, Doğa Etiemezin buna icazə vermədiyini, Doğanı, sonra evə gələn anası Devrim Güleri öldürdüyünü etiraf edib.

Məlum olub ki, qonşular qızın ölümündən əvvəl ananın kömək çağırışlarına səssiz qalıblar.

Cinayətdə şübhəli bilinən şəxs aşağı mərtəbədə yaşayan qonşu olub.

Ana ilə qızın meyiti Kocaçeşme məhəlləsindəki 63-cü küçədəki liftdə qonşuları tərəfindən aşkarlanıb.

Qatil ana və qızı məftillə boğub. Hadisə gecə 01-30 radələrindən baş verib. O qızı boğduqdan sonra anasını da boğub. Sonra meyitləri liftə yeləşdirərək 4-cü mərtəbəyə göndərib.

Sabah tezdən isə bilet alaraq İzmirə qaçıb. Oradan isə Ankaraya gedib.

Hadisədən sonra araşdırmalara başlayan Salihli Baş Prokurorluğu, ana və qızının məftillə boğulduğunu sübuta yetirib. Ana ilə qızı Karaağaç Mezarlığında torpağa tapşırılıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR