İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşumuzdan yeni savaş anonsu - bu dəfə...

Bölgənin fitili yenidən çəkilir - analitiklərin gözləntisi

“İran İsrailin yeni hücumu halında cavab verməyə tam hazırdır”. “Mehr” agentliyi xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur bildirib.

Pakpur qeyd edib ki, İran ordusu yeni təcavüz halında İsrailə daha da sarsıdıcı cavab vermək üçün tam döyüş hazırlığındadır.

“12 günlük müharibədə qarşı tərəf (İsrail-ABŞ) iranlıların təslim olmayacağını anladı”. Bunu isə İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani deyib. “Mənim məsləhətim odur ki, İran heç vaxt diplomatiyadan əl çəkməsin, çünki diplomatiyanın özü bir vasitədir. Danışıqlar o zaman nəticə verir ki, qarşı tərəf müharibənin yaxşı bir şey olmadığını başa düşüb, məsələləri danışıqlar yolu ilə həll etmək istəyir. Lakin onlar danışıqlardan başqa addımlar atmaq üçün istifadə etmək istəyirlərsə, bu, düzgün addım deyil”, - o bildirib.

Laricani İran və İsrail arasında növbəti müharibənin olub-olmayacağı sualına cavab verərkən vurğulayıb ki, bu sualın cavabı qismən İran, qismən də İsraildən asılıdır, müharibə hələ bitməyib, hər addıma hazır olmaq lazımdır.

“Hiss olunur ki, İran-İsrail müharibəsinin ikinci mərhələsi yaxınlaşır. İran qisasa hazırlaşır və iranlılar bu rəzalətə uzun müddət dözə bilməzlər”. İsrailin keçmiş təhlükəsizlik rəsmisi Jak Neriya deyib. Neriya Bəşər Əsədin devrilməsinin İran üçün ağır itki olduğuna diqqət çəkib: “Suriyalılar İsrail cəbhəsində sülh istəyirlər. Bu, strateji bir addımdır, İsrail Əhməd əş-Şaara hakimiyyəti vasitəsilə Dəməşqin İranın İsrail ətrafında yaratdığı təzyiq halqasını qıra bildi. Bəşər Əsədin devrilməsi həm də "Hizbullah"ın regional qüvvə kimi süqutuna səbəb oldu. Buna görə də İran Şaara hakimiyyətinin devrilməsini istəyir”.

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başlayıb və məqsədi İranın nüvə proqramını məhv etmək olub. Buna cavab olaraq İran İsrailə zərbələr endirib. Daha sonra iyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurub: Fordo, İsfahan və Natanz. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs elan edib.

Son bəyanatlar yeni müharibə gözləntisini artırır. Bu dəfə İrana hücumlar nə ilə nəticələnə bilər? 12 günlük savaşda generallarını, Baş Qərargah rəisini, alimlərini öldürən İsrailin rejimi tamamilə demontaj etməsi realdırmı, yoxsa Tramp növbəti müharibəyə imkan verməyəcək?

Azərbaycan öz maraqlarını qorumaq üçün bu addımı atıb" - Azər Həsrət »  Azxeber.com

Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, İranda yeni bir müharibənin alovlanması Azərbaycan və region üçün arzuolunmazdır: “Çünki bu müharibədən əziyyət çəkən həm də bizim soydaşlarımız olur. Amma İranı idarə edən fars-molla rejimi də dilini dinc qoymalıdır, İsrailə münasibətdə diqqətli olmalıdır. Çünki İsrail birincisi, meydanda tək deyil, onun arxasında ABŞ kimi dünyanın bir nömrəli qlobal gücü var. ABŞ təbii ki, hazırda və bundan sonra İsrailin arxasında dayanacaq. İkincisi, 12 günlük müharibə göstərdi ki, SEPAH və rejimin mühafizəkarları nə qədər yekə-yekə danışsa da İsrailin qarşısında acizdirlər. Belə bir durumda olan dövlətin ali dini rəhbərliyi və onların tabeçiliyində olan SEPAH təmsilçiləri ritorikalarını dəyişməlidir. Onlar İsrailə cavab verə biləcək gücdə olsaydılar əllərində o fürsət var idi, həmin cavabı verə bilərdilər. Bununla da məsələ qapanardı. Yalandan bir qələbə paradı keçirdilər. Amma real cavab verə bilmədilər. Üstəlik də nəzərə almaq lazımdır ki, payıza doğru İsrailin İrana yeni hücumları proqnozlaşdırılır. Belə bir durumda İran mənə elə gəlir ki, vəziyyəti gərginləşdirən açıqlamalardan çəkinməlidir”.

Siyasi şərhçi hesab edir ki, İran ali dini rəhbərliyi bu müharibənin baş verməməsi üçün fikirlər səsləndirsə daha məqsədəuyğun olar: “Bunun əksini etsələr, təbiidir ki, İsrailin qorxacağı bir şey yoxdur. Üstəlik, İranın bir dövlət kimi ləğv edilməsi haqqında daha çox danışılmağa başlanıb. Belə bir şəraitdə İran rəhbərliyi daha ağıllı davranmalıdır. Lakin yenə də inadkarlıqlarından əl çəkmirlər. Gərəksiz inadkarlıq və addımlar ona gətirib çıxaracaq ki, İran bir dövlət kimi missiyasını başa vuracaq və yerində yeni müstəqil dövlətlər qurulacaq”.  

Ilyas Huseynov deputatliga namized olacaq? - AÇIQLAMA

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 12 günlük İran-İsrail müharibəsindən sonra nisbi sakitlik sürsə də müxtəlif bəyanatlar savaş ehtimallarının artdığını göstərir: “Hər iki tərəf sanki müharibəyə hazır olduğunu ifadə edir ki, bu da çox təhlükəli ssenaridən xəbər verməkdədir. Xüsusilə İran bildirir ki, İsrailin hücumları kontekstində çox qətiyyətli cavablar veriləcək. Hesab edirəm ki, yeni müharibə İran üçün daha acı nəticələr doğura bilər. Şübhəsiz ki, İran 12 günlük müharibədə olduğu kimi İsrail tərəfinə adekvat cavab tədbirləri görəcək. Şübhə etmirəm ki, İran ordusunun döyüş hazırlığının artırılması prosesi aparılıb. Lakin İsrail kəşfiyyatı çox dəqiqliklə İranın yüksək vəzifəli generallarını, nüvə alimlərini məhv etdikdən sonra bu hadisə İran ordusunun mənəvi-psixoloji durumuna mənfi, İsrail ordusununkuna isə müsbət təsir göstərib”.

Ekspert qeyd etdi ki, hazırda ABŞ-nin mövqeyi böyük maraq doğurur: “Çünki Donald Tramp özünü sülhsevər prezident kimi təqdim edir, hətta Nobel sülh mükafatı almaq niyyətini də onun komandası bildirir. Ona görə də ehtimaı etmək olar ki, İranla genişmiqyaslı yeni bir müharibəyə Tramp icazə verməyəcək. Ancaq bu da danılmaz faktdır ki, sanki İsrailin baş naziri Benyamin Netanyahunun dövründə İsrailin bütün istəkləri cavabsız qalmır, bütün istəkləri təmin olunur. Bu baxımdan müharibənin olma ehtimalı yüksək görünür”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR