Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kamçatka yarımadasında 5 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 124 kilometr aralıda, 44 kilometr dərinlikdə yerləşib. Kamçatka Elmlər Akademiyasının Geofizika Xidməti hadisəni təsdiqləyib. Ərazidə təkanlar 3 bal gücündə hiss olunub, lakin dağıntılar və insan tələfatı barədə məlumat verilməyib. Tsunami təhlükəsi elan edilməyib
Hadisə zamanı bəzi yerlərdə insanlar təkanları aydın hiss edib, lakin ciddi zərər qeydə alınmayıb.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ