İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma qurumun “parlament sədri”: “Rusiya sülhməramlıları Azərbaycan yüklərinin keçməsini istədilər”


“Dünən Azərbaycan yük maşınları gələndə Rusiya sülhməramlıları ilə danışıqlar aparılıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağda separatçı rejimin oyuncaq “parlamenti”nin “sədri” David İşxanyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan texnikalarının Qarabağ ərazisinə daxil olmasına imkan yaratmaq təklifi heç bir nəticə verməyib.

“Rusiya sülhməramlılarının yeni komandiri bu yaxınlarda Qarabağa gəlib və hələ daxili vəziyyətlə tanış deyil. Bəzi epizodlar, elementlər var ki, Rusiya tərəfi daha yaxşı bilməlidir. Burada olanlar, müvafiq kontingent bizim yanaşmamızı, Azərbaycan tərəfinin yanaşmasını çox gözəl bilir”,-deyə o söyləyib.

Buradan ermənilərin “acından ölürük” hay-küyünün tamaşa olduğu aydın görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR