İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal rabitə layihəsinə start verildi: Dəyəri 46 milyard dollardır

"Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünya əhalisini qlobal rabitə ilə təmin edəcək layihə üzərində işləyir".

Musavat.com xəbər verir ki, bunu BTİ-nin baş katibinin müavini Tomas Lamanauskas XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihənin təxmini dəyəri 46 milyard dollardır:

"Biz hamıya ünsiyyəti təmin etmək üçün bütün tərəfdaşları cəlb edirik. Bizim hazırda 46 milyard dollar dəyərində qiymətləndirilən layihəmiz var".

Təşkilatın üzərində işlədiyi digər layihələrlə yanaşı, Lamanauskas BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə evlərini tərk etmək məcburiyyətində qalan insanlarla əlaqə yaratmaq təşəbbüsünü vurğulayıb. O, həmçinin fövqəladə hallarda rabitənin dayanıqlığının təmin edilməsi məsələsində dövlətlərlə qarşılıqlı əlaqəni qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR