İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal neft bazarında ifrat bolluq yaranacaq - BEA

Avqust ayında qlobal neft tədarükü sutkada 80 min barel artaraq 103,5 milyon barelə çatıb. Bu zaman Liviyada siyasi münaqişə, Norveç və Qazaxıstanda isə hasilat obyektlərinin təmiri ilə bağlı hasilatda yaranan fasilələr, Braziliya, Qayana və digər ölkələrdən tədarüklərin artması ilə kompensasiya edilib.

Musavat.com Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına əsasən xəbər verir ki, avqustda əsas diqqət Liviyaya yönəlib - burada hasilat iyuldakı 1,2 milyon bareldən 500 min barreldən də aşağı düşüb. BEA-nın bildirdiyinə görə, Liviyanın hasilatı sentyabrın əvvəlində bu aşağı səviyyələr ətrafında dəyişdiyindən, böhran bu ay qlobal tədarüklərə ötən ilə nisbətən daha çox təsir edəcək.

Agentlik analitikləri 2024-cü ildə qlobal neft tədarükünün sutkada 660 min barel artaraq rekord həddə - 102,9 milyon barelə, gələn il isə daha 2,1 milyon barel artaraq sutkada 105 milyon barelə çatacağını proqnozlaşdırırlar. Eyni zamanda OPEC+ üzvü olmayan ölkələr cari və gələn il hasilatı sutkada 1,5 milyon barel artıracaq, OPEC+ isə 2024-cü ildə hasilatı sutkada 810 min barel azalda bilər, lakin könüllü azalmalar olarsa, gələn il hasilatı 540 min barel arta bilər: "Bizim hazırkı balanslarımız göstərir ki, OPEC+ təklif etdiyi məhdudiyyətləri aradan qaldırmağa davam edərsə, 2025-ci ildə qlobal neft bazarında həddən artıq təklif olacaq. Bu azalmalar davam etsə belə, gələn il qlobal neft ehtiyatları gündə orta hesabla 1,1 milyon barel arta bilər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR