Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, aprelin 19-da Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər.
Bundan sonra ermənilər sərhəddə etiraz aksiyalarına başlayıblar. Ötən həftə Tavuş sakinləri delimitasiya işlərinin qarşısını almaq məqsədilə Kirants-Açarkut-Voskepar yolunu günlərlə bağlı saxlamışdılar.
Musavat.com xəbər verir ki, ermənilərin keçirdiyi aksiyalardan yeni görüntülər yayılıb. Məlum olub ki, din xadimləri, keşişlər etirazları səngitmək əvəzinə, daha da alovlandırır, sakinləri ayağa qaldırırlar.
Təqdim edəcəyimiz videodakı adam erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır. Bütün sərhəd aksiyalarını bu adam qaynadır. Ümumiyyətlə, hazırda Ermənistanda baş nazir Nikol Paşinyana qarşı başlayan etirazların arxasında duran əsas qüvvə kilsədir. Seyr etdiyiniz videoda keşiş aksiyalarda həbs olunmuş 31 erməninin arxasınca İcevan polis idarəsinin önünə gəlir.
Erməni kilsəsi 300 ildir erməniləri yanlış və təhrif yolla aparır. 44 günlük müharibədən və ondan sonra baş verən proseslərdən də nəticə çıxarmayıb.
Musavat.com sözügedən görüntüləri təqdim edir:
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ