Onlayn ictimai-siyasi qəzet
Etibarlı aktivlərə güclü tələbat səbəbindən qızılın qiyməti tarixi maksimuma çatıb.
Musavat.com oxu.az-a istinadən bildirir ki, "Comex" birjasında qızılın sentyabr fyuçersləri unsiya üçün 2493 dollardan (4238 manat) yuxarı satılır. Əvvəlki sessiyanın bağlanışında olan səviyyə ilə müqayisədə onlar demək olar ki, 1,4% bahalaşıb.
"Commerzbank"ın əmtəə üzrə analitiki Karsten Friç qiymətli metalın qiymətinin gələn il daha da artacağını gözlədiyini bildirib.
Friçin sözlərinə görə, gələn ilin ortalarında qızılın qiymətinin bir unsiya üçün 2600 dollara (4420 manat) yüksələcəyi gözlənilir. Bununla belə, 2025-ci ilin sonuna qədər qiymətlərin inflyasiyanın canlanması və gələn il daha yüksək faiz dərəcələri ilə bağlı spekulyasiyalar səbəbindən unsiyaya görə 2550 dollara (4335 manat; əvvəlki proqnozlara görə bir unsiya 2200 dollar idi - 3740 manat) düşəcəyi ehtimal edilir.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ