İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir

"Ağır infeksion xəstəlik olan qızılcanın fəsadları da xeyli ağır olur".

Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, bəzi şəxslərdə bu xəstəlik ağır fəsadlaşmış şəkildə keçir və hətta ölümlə nəticələnir.

İnfeksionistin sözlərinə görə, qızılcaya yoluxan şəxsin səhhətində paralel şəkildə digər bəzi xəstəliklər də ortaya çıxa bilər. Bu xəstəliyin fəsadlarından ən çox rast gəlinəni isə pnevmaniyalardır.

Təyyar Eyvazov bildirib ki, qızılcaya qarşı spesifik müalicə yoxdur. Bu səbəbdən də ən yaxşı üsul peyvənd vurulmasıdır.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR