İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl populyarlığını itirməyə başladı

Aprel-iyun aylarında qızıla qlobal tələbat 2023-cü ilin ikinci rübü ilə müqayisədə 6% azalaraq 929 ton təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında məlumat verilib.

Analitiklər bu nəticəni qiymətli metalın rekord qiymətləri və eyni zamanda satışları üç ayda 19% azalaraq 391 ton təşkil edən zərgərlik məmulatlarına tələbatın kəskin azalması ilə əlaqələndirirlər ki, bu da son dörd ilin ən aşağı göstəricisidir.

Bununla yanaşı, rübdə ümumi qızıl təklifi 4% artaraq 1 258 tona çatıb. WGC-nin məlumatına görə, bu, 2000-ci ildən bəri ikinci rübün ən yüksək göstəricisidir.

Dövr ərzində dünyanın mərkəzi bankları portfelin qorunması və diversifikasiyası zərurəti ilə əlaqədar olaraq qızıl alışını illik müqayisədə 6% artıraraq 183,4 tona çatdırıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR