İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl mədəni ÇÖKDÜ, azı 48 ölü var

 

Malinin qərbində qanunsuz istismar edilən qızıl mədənində baş vermiş çökmə nəticəsində azı 48 nəfər ölüb.

Hadisə Kaes regionunun Keniba rayonunda baş verib.

Məlumata görə, qızıl axtaran bir qrup qadının işlədiyi kustar mədənin üzərinə ekskavator düşüb. Anonim şərtlərlə agentliklə danışan mənbənin məlumatına görə, azı 48 nəfər hadisə yerində ölüb, daha 10 nəfər ağır xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb.

"Bəzi mənbələr təxminən 50 nəfərin öldüyünü bildirilsə də, hazırda dəqiq rəqəmi təsdiqləmək çətindir, çünki bəzi xəsarətlərin ağırlığı səbəbindən say istənilən an arta bilər", - rəsmi şəxs "Xinhua"ya söyləyib.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir. /Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR