İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl medallara görə "gümüş ölkə"də istirahət günü elan edilib

Bu gün - dekabrın 20-də Argentinada istirahət günü elan edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yerli hökumət milli Qətərdəki dünya çempionatını qazandığı üçün bu addımı atıb.

Sakinlərin komanda üzvləri ilə görüşüb qələbəni qeyd etmələri üçün şərait yaradılıb. Bakıda vaxtı saat 07:00-da paytaxt Buenos-Ayresdə yığmanın paradı başlayacaq.

Qeyd edək ki, "tanqoçular" DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edib. Argentina seçməsi daha əvvəl 1978 və 1986-cı illərdə titula sahib çıxıb.

"Argentina" kəlməsi latıncadan "gümüş ölkə" kimi tərcümə olunur. Bu ölkənin milli komandası mundiallarda bir neçə dəfə də gümüş medallar qazanıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR