Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Natiq Şirinov rəhbəri olduğu "Natiq" ritm qrupu ilə ötən gün konsert verib.
Nağara ifaçısının yaradıcılıq gecəsində ailə üzvləri də onu tək qoymayıblar. Qızı Sevil isə gecədə musiqiçiyə sürpriz edib.
Sevil atası üçün yazdığı şeiri səsləndirib.
N.Şirinov qızının şeiri türk dilində deməsini isə belə izah edib:
"Qızım türk dilində təhsil alıb. Ona görə də bu dildə şeir dedi".
Sevil şeir deyəndən sonra atasının istəyi ilə səhnəyə çıxıb. Həmin görüntüləri aparıcı Hacı Nuran Hüseynov paylaşıb.
Qeyd edək ki, Sevil bir neçə gün əvvəl Semih adlı Türkiyə vətəndaşı ilə nişanlanıb. //Axşam.az
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ