İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırmızı meydanda yolka ağacını yandırmağa cəhd olunub

Moskvanın mərkəzində, Qərmızı meydanda naməlum şəxs yeni il ağacını yandırmağa cəhd edib. Hadisə cümə günü, dekabrın 30-da baş verib.

Musavat.com “İzvestiya” ya iistinadla xəbər verir ki, cinayətkar ağaca bidondan benzin tökərək onu yandırmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxs planını həyata keçirə bilməyib.

Bildirilir ki, hadisənin baş vermə şəraiti aydınlaşana kimi saxlanılma yeri müvəqqəti olaraq mühasirəyə alınıb. Kişinin motivləri məlum deyil.

Bundan əvvəl məlum olmuşdu ki, Yeni il ərəfəsində Qırmızı meydana giriş məhdudlaşdırılıb. Tədbir 31 dekabr saat 18:00-dan yanvarın 1-i saat 07:00-dək qüvvədə olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR