Onlayn ictimai-siyasi qəzet
Moskvada Qırmısı meydandakı hərəkətinə görə məhkum edilən tanınmış fəal Pavel Kriseviç 4.5 illik həbsdən sonra Sankt-Peterburqdakı 5 saylı islah koloniyasından azad edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kriseviçi yalnız həyat yoldaşı qarşılayıb. Dostları və həmkarları erkən yoxlama səbəbindən vaxtında gəlməyə vaxt tapmayıblar.
Xatırladaq ki, 2021-ci ilin iyununda Kriseviç mitinqində intihar aktını səhnələşdiri və bu şou ilə repressiya qorxusunu simvolizə edib. Aksiyadan sonra onu Qırmızı meydanda saxlayıblar.
Onunla birlikdə baş verənləri lentə alan jurnalist Nika Samusik də saxlanılsa da, o, tezliklə sərbəst buraxılıb.
2022-ci ildə Kriseviçə 5 il həbs cəzası verilib, lakin sonradan hökm ləğv edilib. Bir il sonra məhkəmə “ideoloji nifrət” motivini əlavə edərək, ona eyni cəzanı yenidən tətbiq edib.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ