İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırmızı Körpü”də gözləyən maşınların sayı açıqlandı

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 827 avtomobil gözləyir.

Bu barədə Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 4, “Biləsuvar” gömrük postunda 65, “Qırmızı Körpü” gömrük postunda 827, “Mazımqara” gömrük postunda 53, “Samur” gömrük postunda 28 və “Xanoba” gömrük postunda 7 yük maşını var.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR