Onlayn ictimai-siyasi qəzet
Xorvatiya 1-ci Liqasında keçirilən "İstra" - "Riyeka" matçının 90-cı dəqiqəsində "İstra"nın hücumçusu Ante Erceq hakimə etdiyi hərəkət ilə gündəm olub.
Musavat.com xəbər verir ki, futbolçu ikinci sarı vərəqəni görməyə hazırlaşan hakimin əlindən qeyd dəftərini alaraq cırıb.
"İstra"nın hücumçusu Ante Erceq ilk 43-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Matçın son dəqiqələrində rəqibinə sərt cavab verən xorvatiyalı hücumçu ikinci sarı qırmızı vərəqə ilə cəzalanarkən hakimə gözlənilməz reaksiya verib.
Sözügedən hadisə azarkeşlər tərəfindən də sərt reaksiyalara səbəb olub.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ